Azərbaycan dili kafedrasınin müəllimi Orucova Aynurun açıq dərsi

06.11.2018-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Orucova Aynur Allahverdi qızının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının  23 qrupunda “Azərbaycan dilinin tarixi qrammatikası” fənnindən “Abidələrin dilində zərf” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra  müdiri  professor   Telman    Quliyev  , professor  Mübariz Yusifov, dosent Gülarə Məlikova, baş müəllimlər Mehriban Məmmədova, Aytən Əhmədova, fakültə  tədris -metodik   Şuranın   sədri,   Nadir Kubuşev, rektorluğun nümayəndələri dos. Zakir Əhmədov,  baş müəllim Məhərrəm Babayev və  kafedranın digər əməkdaşları  iştirak etmişlər.

Dərsdə fəal (interaktiv) təlimin  metod və üsullarından istifadə olunmuşdur. Müəllim mövzunun daha aydın və əhatəli izahı üçün İKT və TTV-dən istifadə etdi. Mövzu ilə bağlı hazırlanmış slaydlar dərsin əyaniliyini  daha da artırdı. Dərs yüksək səviyyədə keçdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir