Azərbaycan dili kafedrasının müəllimi Hüseynova Günayın açıq dərsi

 

26.10.2018-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Hüseynova Günay Şəmistan qızının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının  11 qrupunda “Nitq mədəniyyəti” fənnindən “Nitqin ifadəliliyi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra  müdiri  professor   Telman    Quliyev  , professor  Mübariz Yusifov, prof. Yadigar Əliyev, dosent Gülarə Məlikova, dosent Ziyafət Cəfərova, f.f.d., baş müəllim Mehriban Məmmədova, baş müəllim Firduz Məmmədova, müəllim Aynur Orucova, lab. Samirə Süleymanova, fakültə  tədris -metodik   Şuranın   sədri,  b/m.  Nadir Kubuşev, rektorluğun nümayəndələri dos. Zakir Əhmədov, b\m. Nəcəf Qurbanlı, b\m. Məhərrəm Babayev, və 23 nəfər tələbə iştirak etmişlər.

Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunmuşdur. Müəllim mövzunu daha aydın və əhatəli izah etmək üçün İKT və TTV-dən istifadə etmiş, mühazirənin mövzusuna aid slaydlar ekranda öz əksini tapmışdır. müəllimin tədris etdiyi mövzu ilə bağlı hazırladğı materiallar və slaydlar öz yığcamlığı və dolğunluğu ilə diqqəti cəlb etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir