DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ

26 dekabr 2017 ci il tarixdə filologiya fakültəsində dünya azərbaycanlılarının həmrəylik günü münasibətiylə tədbir keçirilmişdir.

  Tədbirdə çıxış edən dekan müavini, baş müəllim Nadir Kıbuşev bildirib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, ölkədə bütün sahələrdə olduğu kimi, diaspor quruculuğunda mühüm uğurlara imza atılıb: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib”.

Fakültə dekanı, professor Mübariz Yusifov vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün xaricdə yaşayan soydaşlarımızın mənəvi ehtiyacına çevrilib. Həmin günün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığını deyən rektor diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin bu müdrik siyasəti hər bir soydaşımıza başucalığı gətirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün soydaşlarımız tərəfindən hər il təntənə ilə qeyd olunur. Ulu Öndər tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi xaricdəki soydaşlarımız arasında milli birliyin daha da güclənməsinə təkan verib

Hümanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva da çıxış edərək dünya azərbaycanlılarının birlik və həmrəyliyi sahəsində görülən işlər barədə danışıb. O bildirib ki, dövlət səviyyəsində diaspor quruculuğuna göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlər birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə öz layiqli töhfələrini veriblər. Görülən işlər sahəsində ölkənin diaspor quruculuğu sahəsində mühüm nailiyyət və uğurlara nail olunub.

Azərbaycan dili kafedrasının professoru Yadigar Əliyev qeyd edibki 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə 22 il əvvəl həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.

Digər çıxış edənlər də tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar bayram münasibətilə təbrik etmiş, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, bu bayram xalqımızın həmrəyliyinin möhkəmlənməsində xüsusi rol oynayır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir