Müasir dünyada inteqrasiya və elmin aktual problemləri

Lənkəran Dövlət Universitetində (LDU) “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Konfransa dövlət himnimizin ifası ilə start verilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov respublika elmi konfransına qatılan iştirakçıları salamlayıb və müasir dünyamızda inteqrasiya məsələsinin uğurlu həllinin vacibliyini qeyd edərək mövzunun elmi müzakirəsində hamıya uğurlar arzu edib.
Konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının əməkdaşları – kafedra müdiri, dosent Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Səba Namazova, baş müəllim Yeganə Hüseyinova, baş müəllim Aygün Əhmədova və dissertant Gülnar Hüseyinovanın məruzələri dinlənilib.