








19 fevral 2026-cı il tarixində Filologiya və Xarici Dillər fakültəsi Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə “21 Fevral-Beynəlxalq Ana dili Günü” adlı elmi-nəzəri konfrans keçirildi.Konfransı giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva açaraq “Ana dilinin saflığının qorunmasına dövlət qayğısı” mövzusunda çıxış etdi.Sonra konfransda Dövlət Dil Komissiyasının üzvi professor Mübariz Yusifov “Ana dilinin sabitlik problemləri”, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev “Beynəlxalq Ana Dili Günü”, Azərbaycan dili kafedrasının dosenti, filologiya elmləri doktoru Yadigar Əliyev “Ana dili milli kimliyimizdir”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova “Türk dünyasını birləşdirən dil, ortaq yaddaş və mədəniyyət”,Azərbaycan dili kafedrasının müəllimi Ayşən Məmmədova “21 Fevral-Beynəlxalq Ana Dili Günüdür”, Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədova isə “Dil düşüncənin güzgüsüdür” mövzusunda məruzə etdilər.Sonda Filologiya və Xarici Dillər fakültəsinin tələbəsi Axundova Aytac ana dili haqqında şeir söylədi.