



13 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin ev sahibliyində “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” təşkil edilmişdi.
Forum Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutdu.
Tədbirdə 29 ali təhsil müəssisəsi, 36 ümumtəhsil və peşə təhsili müəssisəsi, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndələri iştirak etdi. Ümumilikdə iştirakçı sayı 550- dən çox oldu. Proqram üç tematik panel iclası və “Süni intellektlə gücləndirilmiş təhsil: keyfiyyətin artırılması və dayanıqlı innovasiya” mövzusunda xüsusi vörkşopla davam etdi.
- “Tədrisdən istehsalata: dayanıqlı universitet–sənaye əməkdaşlığı”,
- “Beynəlxalq akkreditasiya və dayanıqlı keyfiyyət təminatı: qlobal standartlara keçid”,
- “Ali təhsildə keyfiyyət və dayanıqlılıq: qlobal trendlər”.
Panel və müzakirələrdə qlobal trendlər, rəqəmsallaşma, tətbiqyönümlü kadr hazırlığı və innovativ keyfiyyət mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Bu möhtəşəm tədbirə kafedramızın əməkdaşı dosent, filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədova da dəvət almışdır.