


“I ULUSLARARASI DİLİN GÜCÜ, KÜLTÜRÜN HAFIZASI: TÜRK DÜNYASINDA ORTAQ DƏYƏRLƏR SEMPOZİUMU ” Türkiyə Cümhuriyyətinin Kafkaz Universiteti, Azərbaycanın AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın Uluslararası Buxara Universitetinın təşkilatçılığı ilə reallaşır. Məkan Kars və Bakı (canlı), bölmələr onlayn keçirilir. Sempozium “15 Aralık Dünya Türk Dili Ailəsi Günü Anısına” həsr olunub. Əməkdaşımız Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytən Arzulla qızı Əhmədova Türk Dili Ailəsi Günü Anısına” həsr olunmuş sempoziumun “Türk dünyasında sözlü kültür, folklor və ortak değerler” bölümünün oturum başqanlığına edib və “Təşəkkürnamə” alıb. Eyni zamanda, “Qədim türk sözlərinin semantikası”adlı məqalə ilə çıxış etmiş və sertifikat almışdır.