QRİQORİ PETROVUN “AĞ ZANBAQLAR ÖLKƏSİ” ƏSƏRİNİN MÜZAKİRƏSİ KEÇİRİLDİ

10 dekabr 2025-ci il tarixində fakültəmizin gənc filoloqları yeni əsər müzakirəsinə toplaşıblar. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovla birlikdə Qriqori Petrovun “ Ağ zanbaqlar ölkəsi” əsərini təhlil ediblər. Tələbələr əsərdə təhsilin həyatımızdakı rolunu yüksək qiymətləndiriblər. Bu müzakirələr əslində mütaliə mədəniyyətinin inkişaf etdirilməsində mühüm bir addımdır.