





13 noyabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Xalidə Əsgərovanın Filologiya( Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kursunda Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri professor Telman Quliyev, professor əvəzi Yadigar Əliyev, dekan əvəzi filologiya üzrə fəlsəfə doktoru Mehriban Məmmədova və kafedranın digər müəllimləri iştirak edirdilər. Praktik məşğələ də məktub, ərizə, izahat, reqlament, CV, etibarnamə, rəy, tərcümeyi- hal, arayış, akt, protokol və s. işgüzar sənədlər nümunələr əsasında təhlil olundu. Dərs tələbələrin iştirakı ilə maraqlı keçdi.