“NATİQLİK SƏNƏTİNİN NÖVLƏRİ VƏ ONA VERİLƏN TƏLƏBLƏR” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

12 noyabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının baş müəllim Hüseynova Günay Şəmistan qızının “Natiqlik sənətinin növləri və ona verilən tələblər” mövzusunda elmi-nəzəri seminarı oldu. Seminarda kafedra müdiri professor Telman Ziyatxan oğlu Quliyev və kafedranın əməkdaşları iştirak edirdilər. Baş müəllim Hüseynova Günay mövzuda natiqlik sənəti anlayışı, onun tarixi inkişafı, natiqlik sənətinin əsas növləri, hər növün özünün xüsusiyyətləri və məqsədi, natiqə verilən başlıca tələblər, nitqin məzmun və forma keyfiyyətlərindən, həmçinin uğurlu natiqlik üçün psixoloji amillərdən bəhs etdi.