







19 may 2025- ci il tarixində Akreditasiya Şurasının yekun hesabatında göstərilən tövsiyə, göstərişlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan dili kafedrası tərəfindən “Azərbaycan dilinin orfoepiya vəorfoqrafiya normaları” mövzusunda təlim keçirilmişdir.Təlimdə Azərbaycan dili kafedrasının məsləhətçi professoru Mübariz İmran oğlu Yusifov çıxış edərək Azərbaycan dilinin orfoepiya normalarının tətbiqinin düzgün danışıq qaydalarına riayət etmək baxımından praktik və strateji xarakter daşıdığını qeyd etdi. O, vahid danışıq normalarına riayət edilməsini zamanın əsas tələbi olduğunu, anlayışların maneəsiz ötürülməsinin, yayılmasının və mənimsənilməsinin vacibliyinivurğuladı. Orfoqrafiya qaydalarına tətbiq edilən icbarimənimsəmənin orfoepiyada da nəzərə alınmasınınvacibliyini göstərdi.
Sonra “Azərbaycan dilinin orfoqrafiyanormaları” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan dili kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Mətanət Nəriman qızı Mahmudova müxtəlif illərdə dilimizin orfoqrafiya qaydalarında olan dəyişikliklər haqqında məlumat verdi. Azərbaycan və alınma sözlərin yazılışında əsas götürülən prinsiplərdən danışdı. Sonra düzəltmə, mürəkkəb sözlərin, abreviaturların, ixtisarların, köməkçi sözlərin, şəkilçilərin düzgün yazılışı, istisnalar və problemlər haqqında geniş izahat verdi. Təlim prosesində hər iki məruzəçinin istifadə etdiyi müxtəlif dil nümunələriniəks etdirən slaydlar təlimin daha səmərəli keçməsinə şərait yaratdı.