” MAGİSTR DİSSERTASİYALARININ HAZIRLANMASI QAYDALARI “ MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

15 may 2025-ci il tarixində Akreditasiya Şurasının yekun hesabatında göstərilən tövsiyə, göstərişlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan dili kafedrası tərəfindən universitetdə təhsil alan I kurs magistrantları üçün “Magistr dissertasiyalarının hazırlanması qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə Azərbaycan dili kafedrasının dosenti Yadigar Vəli oğlu Əliyev çıxış edərək magistr dissertasiyalarının quruluşu, struktur bölmələri haqqında məlumat vermiş, mövzunun aktuallığının əsaslandırılması, tədqiqatın məqsəd və vəzifələrinin müəyyən edilməsi, onun nəzəri-metodoloji əsaslarının, orijinal elmi nailiyyət və dissertasiyanın praktik tətbiq dəyərlərini ifadə edən elmi yeniliyinin işlənilməsi, işin nəzəri və praktiki əhəmiyyətinin müəyyənləşdirilməsiməsələləri, tədqiqatın obyekt və predmeti anlayışlarıgeniş və ətraflı şəkildə şərh olunmuş, dissertasiyanın fəsil və paraqraflarında əksini tapmalı olan problem vənəzəri  müddəalar işıqlandırılmışdır.

I kurs magistrantlarının dissertasiyanın yerinə yetirilməsi və tərtibi qaydaları ilə əlaqədar sualları cavablandırılmış, təklif və mülahizələri dinlənilmişdir. Təlimdə Azərbaycan dili kafedrasının müdiri prof. T.Z.Quliyev, magistratura şöbəsinin müdiri dos. E.K.Yaqubov çıxış edərək dissertasiyalarda problemin qoyuluşu, həllinin mürəkkəbliyi, çətinliyi və öyrənilməsinin zəruriliyi ilə əlaqədar məsələlərdən danışmış, tədqiqat işlərinin yerinə yetirilməsində magistrantlara uğurlar arzulamışlar.