ULU ÖNDƏRİN ÖMÜR YOLU VƏTƏNƏ VƏ XALQA XİDMƏT NÜMUNƏSİDİR

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft VƏ Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən dövlət təhlükəsizliyi göndərilmişdir.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə 0, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15- də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ehtiramla yad edirik!