” MÜASİR DÖVRDƏ TELEVİZOR VƏ RADİO VERİLİŞLƏRİNİN DİLİ ” MÖVZUSUNDA ELMİ- NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

7 may 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının baş müəllimi Günay Hüseynovanın “Müasir dövrdə televizor və radio verilişlərinin dili” mövzusunda elmi-nəzəri seminarı keçirilmişdir. Seminarda hər iki məkanda verilişlərin və aparıcıların nitqindəki qüsurlar araşdırılmış və müzakirə olunmuşdur. Nitqi pozan digər etik və estetik amillər də tədqiq olunaraq seminar üzvlərinin nəzərinə çatdırılmışdır. Seminarda kafedra müdiri prof. T.Ziyatxan oğlu Quliyev və kafedranın əməkdaşları iştirak etdilər.