” KOMMUNİKASİYA ETİKASI. MÜRACİƏT FORMALARI. AZƏRBAYCAN DİLİNDƏ ŞİFAHİ VƏ YAZILI ETİKETLƏR” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

2 may 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Təranə Əliyevanın Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən”Kommunikasiya etikası.Müraciət formaları.Azərbaycan dilində şifahi və yazılı etiketlər” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs Filologiya(Azərbaycan dili və ədəbiyyatı)ixtisası üzrə l kursunda təşkil olunmuşdur. Dərsdə etik davranış qaydaları,davranış psixologiyası,nitq etiketinin xüsusiyyətləri, şifahi və yazılı etiketlər haqqında slaydlar üzrə məlumat verildi. Seminar məşğələsində tələbələr fəal iştirak etmiş, dərsdə müasir təlim üsullarından istifadə olunmuşdur. Açıq dərsdə Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev,tədris məsələləri üzrə dekan əvəzi dos (at-sız) Mehriban Məmmədova kafedranın müəllim və tədris – köməkçi heyəti iştirak etdilər.