AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 102-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

28 aprel 2025-ci il tarixində Filologiya fakültəsində Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd olundu. Tədbirdə Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsiin Humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dos. Səba Namazova, dos. Qivami Qazıyev,Azərbaycan dili kafedrasının baş müəllimi f.ü.f.d.Mətanət Mahmudova və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2-ci kurs tələbələri Sara Vəliyeva və Aysu Allahverdiyeva çıxış edərək qeyd etdilər ki, Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyev ilə həyat yollarında daim birgə addımlamış, çətinliklərə onunla birgə sinə gəlmişdi.
Tədbirdə Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətinə aid videoçarx nümayiş etdirildi.