





22 aprel 2025-ci il tarixində fakültədə 2025/ 2026-cı tədris ilinə aid Seçmə fənlərin müəyyən edilməsi və seçilməsi prosesinə start verildi.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurslarında Azərbaycan dili kafedrası tərəfindən tədris olunan fənlər təqdim olundu.Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, fənn müəllimləri f.e.d.Yadigar Əliyev, dos.Gülarə Məlikova, f.ü.f.d.Mətanət Mahmudova və b.m Günay Hüseynova növbəti dərs ilində tədris olunacaq fənlər barədə məlumat verdilər və tələbələri maraqlandıran sualları cavablandırdılar. Tələbələrə seçimdə sərbəst şərait yaradılmış, seçim obyektiv keçmişdir.