ELM MƏRKƏZİNDƏ PRAKTİK SEMİNAR KEÇİRİLDİ

16 aprel 2025-ci il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Günay Hüseynovanın rəhbərliyi ilə Filologiya
ixtisasının IV kurs tələbələri Elm Mərkəzində praktik seminarda iştirak etdilər. Seminarda tələbələrə verilən mövzuların araşdırılması istiqamətində faydalı məsləhətlər verildi. Mərkəzin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının baş müəllimi Hüseynova Günay və başqaları tələbələri məlumatlandırdılar. Həmçinin tələbələrdə mövzu ilə bağlı yaranan suallar cavablandırıldı. Gələcəyin fililoqlari üçün faydalı mövzular müzakirə olundu.