FAKÜLTƏ AZAD TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNƏ SƏDR SEÇİLDİ

27.02.2017-ci il tarixdə Universitet Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Adıgözəlov Pərviz Mürşüd oğlunun sədrliyi ilə Filologiya fakültəsində Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə yeni fəal tələbənin seçilməsi məsələsi müzakirə olundu. Fakültənin Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi  elm və təhsilin yüksək səviyyədə təşkilində, nizam-intizamın möhkəmlənməsində, mədəni kütləvi tədbirlərin həyata keçirilməsində, tələbələrin asudə vaxtlarının səmərəli istifadə olunmasında iş planına uyğun olaraq ardıcıl işlər görür. İclasda  fakültənin 60  fəal gənci iştirak etdi.

Sonda bütün çıxışlar və namizədələr müzakirə edilərək , açıq səsvermənin nəticələrinə uyğun olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimdiyi ixtisasının III kurs tələbəsi Abbasov İlkin Mehman oğlunun fakültənin  Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Dəmirova Ayşən və Yusifova Aysel isə  müavinləri təyin edildilər.