Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, fakültənin dekanı, professor Mübariz Yusifov, Azərbaycan dili kafedrasının baş müəllimi Nadir Kubişev Xocalı soyqırımı haqqında geniş məlumat veriblər.
Sonra fakültənin tələbələrinin çıxışları və şeirləri dinlənilib, onların Xocalı soyqırımı ilə bağlı hazırladıqları videoçarx izlənilib.
Prorektor Gülsüm Fətəliyeva çıxışında vurğulayıb ki, gənc nəsil erməni vandalizminin bu qanlı faciəsini heç vaxt unutmamalı,tarixin qanlı hadisələri, ermənilərin məkrli siyasəti nəticəsində baş vermiş dəhşətli terror aktları haqqında məlumatları sosial şəbəkələrdə geniş təbliğ etməli, əsl həqiqətləri, reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.