Filologiya fakültəsi üzrə TGT və THT sədrlərinin seçkisi keçirildi

Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının sədr və müavinlərinin, Tələbə Həmkarlar Təşkilatının sədr və müavinlərinin seçkisi keçirildi. Fakültə üzrə bu vəzifələrə Azərbaycan dili və müəllimliyi ixtisasının II kurs tələbəsi İsmayılov Ömər Təhməz oğlu və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kurs tələbəsi Zeynalzadə Hüseyn Ələkbər oğlunun, eyni zamanda müavinlərin namizədliyi irəli sürüldü. Qərar səsə qoyuldu və yekdilliklə qəbul edildi.