2024-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı artıq bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Bu gün Filologiya fakültəsində bu tarixi gün qeyd olundu. Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Filologiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini f.f.d. M.Mahmudova və tələbələr çıxış edərək bildirdilər ki, 18 oktyabr Azərbaycan tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış bir gündür. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.