“Xocalı – Zülmətdən işığa!” adlı tədbir

Xocalı faciəsi… Bu ad bizə nələri xatırlatmır?! Bu faciə nəticəsində azğın erməni faşistləri Xocalı adlı şəhəri yer üzündən sildilər. İndiyə qədər də itgin düşənlərdən və əsirlərdən 50 nəfəri barədə heç bir məlumat yoxdur. Artıq Azərbaycan xalqının tarixinə qanla yazılmış, dünyanı dəhşətə bürüyən, Xocalı soyqırımından 31 il keçir. Bu elə bir qanlı terrordur ki, bu faciəni bütün dəhşətləri ilə qan yaddaşımıza əbədi həkk etmək, ürək ağrıdan ağır nəticələrini gələcək nəslə ötürmək üçün həmişə xatırlamalıyıq. Bu qiyamət günü xalqın yaddaşından heç vaxt silinməməlidir.

Bu gün Azərbaycan artıq Xocalının qisasını alıb. Xalqımız həmişə  inanırdı ki, erməni faşistlərinin törətdikləri bu vəhşilikər cavabsız qalmayacaq, cinayətkarlar zamanında layiqli cəzalarını alacaq və işğal altındakı torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir. 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi möhtəşəm zəfər deyilənləri tam sübuta yetirdi.

Filologiya və Xarici dillər fakültəsində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Filologiya fakültəsinin tələbələrindən Orucova Gülşən, İsayeva Mehriban Xocalıya aid şeirlər söylədilər, Allahverdiyeva Aygün çıxış etdi. Tədbirdə Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş etdirildi.