B/m AYTƏN ƏHMƏDOVANIN AÇIQ DƏRSİ VƏ MÜZAKİRƏSİ KECİRİLİB.

28 noyabr 2016-cı il tarixində Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının  I kursunda Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimi Aytən Əhmədovanın “Ünsiyyət mədəniyyəti, danışıq etikası, Müxtəlif nitq situasiyalarında nitq etiketlərindən istifadə qaydaları” mövzusunda nitq mədəniyyəti fənnindən açıq dərsi kecirilib.

Açıq dərsdə və daha sonra açıq dərsin müzakirəsində filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, fakültə tədris  metodik  şurasının  sədri, baş müəllim Nadir Kubişev, Azərbaycan dilinin tədrisi kafedrasının müdiri, dosent Hüseynova Gülrux və kafedranın digər əməkdaşları iştrak etdilər.