22 noyabr 2022-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi,filologiya üzrə fəlsəfə doktoru Həmid Abbasovun Filologiya ixtisası 2-ci kurs tələbələrinə Dünya ədəbiyyatı-3 fənnindən açıq dərsi oldu. Açıq dərsdə fakültə dekanı dos. Zakir Ələsgərov, Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini f.f.d., baş müəllim Mehriban Məmmədova, Azərbaycan dili və ədəbiyyatı kafefrasının müdiri dos.Maqbet Əhmədov, kafedranın dosenti Qivami Qazıyev iştirak edirdilər.
Dərsin mövzusu “Naturalizm. Emil Zolya” idi. Həmid Abbasov məşhur fransız yazıçı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi Emil Zolyanın həyat və yaradıcılığı barədə tələbələrə geniş məlumat verdi. Dərs çox dolğun, əhatəli, faktların zənginliyi baxımından mükəmməl idi. Açıq dərsdə müxtəlif slaydlardan istifadə edildi ki, bu da mövzunun mənimsənilmısinə müsbət təsir göstərdi.