Bu gün Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 17 Noyabr-Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev və baş müəllim Aygün Əhmədova xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını bildirdilər. Qeyd olundu ki, 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. H.Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevirdi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi.