Gəncə Dövlət Universitetinin Filologiya fakultəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən biri olan poeziyamızın iftixarı, lirik şair və rəssam Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili, dosent Pərvin Kərimzadə Azərbaycan şeirinin gözəl xüsusiyyətlərinin ləyaqətlə davam etdirən istedadlı şairimiz haqqında danışdı, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov”Natəvan Füzuli ədəbi məktəbinin davamçısı kimi”adlı elmi mövzuda, tələbələrdən İlhamə Hüseynova, Seyhun Rzayev,Nəzrin Hüseynova, Nigar Məmmədova Natəvanın yaradıcılığı barədə çıxışlar etdilər, şeirlər söylədilər. Sonda tələbələr Natəvan və Aleksandr Dümanın görüş səhnəsini canlandırdılar.