Filologiya və Xarici dillər fakültəsində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü qeyd olundu. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, Xarici dillər fakültəsinin dekanı dos. Əjdər Əsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusifova çıxış edərək Azərbaycanın müstəqillik yolunda atdığı addımlardan və Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışdılar. Filologiya və Xarici dillər fakültəsinin tələbələri – Aytac Hüseynova,Nigar Hüseynova, Aysu Kərimova və b. şeirlər söylədilər.