Azərbaycan dili kafedrasının baş müəllimi Filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası IV kurs tələbələrinə Azərbaycan dilinin üslubiyyatı fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Morfologiyanın tədrisində üslubiyyat üzrə işlərin təşkili ” idi.
Açıq dərsdə Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, dos.Gülarə Məlikova, f.f.d. Mehriban Məmmədova, müəllim Samirə Quliyeva, Nurlu Qasımova, Günel Məmmədova, Ruhanə Xambatova və Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak edirdilər.
M.Mahmudova dilimizdə işlənən morfoloji vahidlərin üslubi imkanlarını həm nəzəri, həm praktik şəkildə tələbələrə mənimsətdi. Müəllim bədii əsərlərdən seçdiyi nümunələri müasir təlim texnologiyalarının köməyi ilə nümayiş etdirdi ki, bu da dərsin səmərəli keçməsinə, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı.