26 iyun 1918-ci il tarixli
qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu
adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində
mühüm addım atıldı. 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda
ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan
Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr
Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin
daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi
Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 2011-ci il iyunun
26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi,
2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə
hərbi parad keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Onlar 44 günlük müharibədə bu işi layiqincə yerinə yetirdilər.
Biz bayram münasibəti ilə silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.