Bu gün rektorluğun 06.06.2022-ci il tarixli 3/175 saylı əmrinə əsasən 2021/2022-ci il tədris ilinin buraxılış kurs tələbələrinin diplom işlərinin müdafiəsi başlanmışdır. Müdafiədən əvvəl fakültə dekanı dos.Zakir Ələsgərov çıxış edərək tələbələrə Dövlət Attestasiya Komissiyasının sədr və üzvlərini təqdim etdi, tələbələrə uğurlar arzuladı. Müdafiədə iştirak edən tələbələr diplom işlərinin aktuallığı, obyekti, məqsəd və vəzifələri, elmi yeniliyi, həmçinin fəsillər və yarımfəsillər, nəticə, istifadə olunmuş ədəbiyyat haqqında məlumat verdilər, komissiya üzvlərinin suallarını cavablandırdılar.
Buraxılış (diplom) işlərinin müdafiəsi davam edir