Azərbaycan dili kafedrasının növbəti iclası keçirildi. İclasın gündəliyində aşağıdakı məslələr əksini tapmışdı:
1.2021-2022-ci tədris ilinin yaz imtahan sessiyası ilə bağlı qarşıda duran məsələlər;
2. Kafedrada boş olan dosent yerinə seçki;
3. Kafedrada boş olan baş müəllim yerinə seçki
Birinci məsələ ilə bağlı Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərov çıxış etdi və yaz imtahanı ilə bağlı qarşıda duran məsələlər haqqında danışdı.Sonra Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev kafedrada boş olan dosent və baş müəllim yerinə seçilmək üçün verilən ərizələrin müzakirəsini keçirdi. Müəllimlərin beşillik fəaliyyəti haqqında hesabatları və həmkarların çıxışları dinlənildi. Kafedra üzvləri yekdilliklə dos. Tahirə Quliyevanın boş olan dosent, baş müəllim Naibə Allahverdiyevanın boş olan baş müəllim yerinə seçilməsinə və sənədlərin Fakültə Elmi Şurasına göndərilməsinə səs verdilər