Prof. Mübariz Yusifovun Azərbaycan dili və ədəbiyyatı ixtisasında II kurslara “Türkologiyaya giriş” fənnindən “Türk dillərinin yazılı abidələri “ mövzusunda açıq dərsi oldu. M.Yusifov yazılı abidələr haqqında məlumat verməzdən əvvəl Göytürk abidələri haqqında geniş izahat verdi, bu əlifbanın üstün cəhətlərini göstərdi, müasir əlifba ilə fərqli xüsusiyyətlərini izah etdi. Eyni zamanda Göytürk əlifbasını çin heroqlifləri, rus, ərəb və ingilis işarələri ilə müqayisə edərək onun fonetik əlifba prinsipinə uyğunluğunu və bu cəhətdən də ideal bir əlifba olduğunu diqqətə çatdırdı. Dərsdə müxtəlif slaydlardan istifadə edildi ki, bu da mövzunun mənimsənilməsinə müsbət təsir göstərdi. Dərs çox dolğun, əhatəli, faktların zənginliyi baxımından mükəmməl idi və yüksək balla qiymətləndirildi.