Azərbaycan dili kafedrasının dosenti f.e.d. Yadigar Əliyev Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (I kurs) ixtisasında Müasir Azərbaycan dili-1 fənnindən “Nitqin fonetik parçaları. Heca” mövzusunda açıq dərs keçdi. Dərsdə Azərbaycan dilində hecanın növləri, geniş yayılmış heca tipləri və hecalama xüsusiyyətləri haqqında məlumat verildi , görkəmli Azərbaycan dilçiləri akad. A. Axundovun, prof.Ə. Dəmirçizadənin, prof.Afat Qurbanovun fikir və mülahizələri müqayisəli şəkildə izah edildi. Müəllim təlimin müxtəlif metod və üsullardan istifadə edərək mövzunu əhatəli şəkildə tədris etdi. Dərsdə Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov və Azərbaycan dili kafedrasının əməkdaşları iştirak edirdilər. Dərs yüksək balla qiymətləndirildi.