06.11.2018-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Orucova Aynur Allahverdi qızının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 2
3 qrupunda “Azərbaycan dilinin tarixi qrammatikası” fənnindən “Abidələrin dilində zərf” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra müdiri professor Telman Quliyev , professor Mübariz Yusifov, dosent Gülarə Məlikova, baş müəllimlər Mehriban Məmmədova, Aytən Əhmədova, fakültə tədris -metodik Şuranın sədri, Nadir Kubuşev, rektorluğun nümayəndələri dos. Zakir Əhmədov, baş müəllim Məhərrəm Babayev və kafedranın digər əməkdaşları iştirak etmişlər.
Dərsdə fəal (interaktiv) təlimin metod və üsullarından istifadə olunmuşdur. Müəllim mövzunun daha aydın və əhatəli izahı üçün İKT və TTV-dən istifadə etdi. Mövzu ilə bağlı hazırlanmış slaydlar dərsin əyaniliyini daha da artırdı. Dərs yüksək səviyyədə keçdi.