Konfransda Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar, eləcə də ADU və respublikanın digər ali məktəblərinin akademik heyəti iştirak etmişdir.
Konfransın işində “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə dair müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” adlı bölmələr üzrəmüzakirələr aparılmışdır. Konfrans çərçivəsində yerli və xarici iştirakçılar İngiltərənin Durham Universitetinin professoru Maykl Bayramın skayp vasitəsilə mühazirəsində, həmçinin Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmişlər.
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazova bu mötəbər Beynəlxalq elmi konfransda “Bədii tərcümə müasir dönəmdə” adlı məruzə ilə çıxış etmiş, universiteti layiqincə təmsil edərək sertifikatla təltif olunmuşdur.