Gəncə şəhərindəki 22 saylı tam orta məktəbdə prof. Mübariz Yusifovun açıq dərsi keçirilmişdir

2018-ci il oktyabrn 26-da Filologiya fakültəsinin  dekanı prof.  Mübariz Yusifov şəhərin 22 saylı tam orta məktəbində “Nitq mədəniyyətinin prinsipləri, üslubları və linqivistik normaları” mövzususnda açıq dərs aparmışdır. Dərsdə 22 saylı məktəbin və şəhər məktəblərinin ixtisas müəllimləri, universitetin filologiya fakültəsinin əməkdaşları iştirak etmişlər. Professor Mübariz Yusifovun apardığı dərsdə nitq mədəniyyəti barəsindəki ənənəvi təsəvvürlərdən fərqli olaraq tamamilə yeni istiqamətlər haqqında bəhs olunmuşdur. Dərsin əsas məzmunu bundan ibarət idi ki, nitq mədəniyyəti normalarının yaranmasında nitq aktı aparatı rol oynayır. Nitq aktının özü ixtiyari və icbari qaydalar üzrə danışıq dilinə, şifahi dilə, yazılı dilə və yerli danışığa aid müvafiq normalar yaranır.

Dərsin sonunda müəllimlər və şagirdlər onları maraqlandıran məsələlərlə bağlı suallarla müraciət etdilər. Dərs canlı keçdi və dinləyicilər tərəfindən maraqla qarşılandı.