Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunmuşdur. Yeri gəldikcə mövzunun daha aydın və əhatəli izahı üçün İKT və TTV müraciət edilmişdir. Mühazirə zamanı “Linqivistik təhlilin növləri” və “Leksik təhlilin metodikası” mövzusunda hazırlanmış əyani vəsaitlərdən də istifadə edilmişdir. Müəllimin tədris etdiyi mövzu ilə bağlı hazırladığı slaydlar da öz yığcamlığı və dolğunluğu ilə diqqəti cəlb etmişdir. Slaydlarda mühazirənin mövzusu, məqsədi, istifadə olunan resurslar, ədəbiyyat və plan göstərilmişdir. Dərsdə sözlərin leksik təhlili zamanı onların mənşəyinin, ümumişlək olub-olmaması, forma və məzmunca hansı söz qruplarına mənsubluğu, polisemantik və ya monosemantik olması məsələləri ətraflı şərh edildi. Sözün leksik mənasının aydınlaşdırılması üsulları və bunun üçün müraciət olunmalı mənbələrdən bəhs edildi.
Sonra açıq dərsin müzakirəsi keçirilmiş və dərs yüksək balla qiymətləndirildi.