Universitetdə bəzi fənlərin xüsusiyyətləri nəzərə alınaraq imtahanları şifahi formada keçirildi. 7 iyun 2018 ci il tarixində universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin “İfadəli oxudan praktikum” fənnindən, Filologiya ixtisasında isə “öyrənilən əsas dil” fənnindən şifahi imtahanı keçirildi. Şifahi imtahandan tələbələrin əksəriyyəti müvəffəq qiymətlər aldılar. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə kömək etməkdir.