16.05.2018-ci il tarixində Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın öyrənilən əsas dil-5 fənindən “Sadə cümlənin struktur-semantik tipləri” mövzusunda Filologiya( Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda açıq dərsi keçirilmişdir. Mühazirə formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Müəllim dərsdə cümlə və onun növləri haqqında geniş və ətraflı məlumat vermişdir. Açıq dərsdə fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş dosent Üzeyir Əfəndiyev, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.