27.11.2017-ci il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasınını baş müəllimi Kafiyə Musayevanın Dünya ədəbiyyatı–1 fənnidən “İtaliyada intibah ədəbiyyatı. Aligyeri Dantenin həyatı və yaradıcılığı” mövzusunda filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kursunda açıq dərsi keçirilmişdir. Seminar formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Auditoriyada-seminar mövzusuna uyğun əyani dərs vəsaitlərindən istifadə olunması, mövzunu əhatə edən slaydın hazırlanması, B.İ.Ö.M.-dən istifadə, tələbələrin dərsə tam hazırlığı müəllimin açıq dərsə necə məsuliyyətlə yanaşmasından xəbər verirdi. Seminar dərsi kurikulum üsuluna uyğun olaraq üç qrupa bölünmüş və qruplara dərsin mövzusuna aid adlar verilmişdir. Tələbələr dərsi danışmaqla yanaşı, həm də müəllimin qruplararası suallarını cavablandırırdılar. Bu da həm dərsin mükəmməl mənimsənilməsinə, həm tələbələrin əksəriyyətinin aktiv olması ilə diqqəti cəlb edirdi.Dərsdə tələbələr təkcə bilik və bacarıqları ilə deyil, həm də səliqə-səhmanları ilə fərqlənirdilər. Eyni formada olan tələbələr qrup tərkibində seçilmək üçün müxtəlif atributlardan istifadə etmişdilər.