dos. Gülsüm Fətəliyeva bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir: “YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyaya çevrildi. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın inkişafı naminə çalışdı”. O, tarixə nəzər salaraq 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırov YAP-nın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. YAP üzvlərinin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etdiyini deyən natiq Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.
Digər tədbir iştrakçıları çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, YAP hər zaman dünəninə hörmət, gələcəyinə rəğbətlə yanaşır: “Bu da partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümüdür. Ona görə də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası kimi xalqımızın həyatında öz sözünü deməyə qadir partiyadır”.