Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qivami Qazıyev “Milli dirçəlişimiz unudulmaz tarixdir” adlı geniş məruzə ilə çıxış edib: “Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu ziyalılar ordusu yetişdi”. Azərbaycan dili kafedrasının baş müəllimi Aytən əhmədova zaman-zaman azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasından söz açıb.
Sonda isə milli dirçəliş gününə həsr olumnmuş videoçarx nümayiş etdirilib.