Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Azərbaycan dili kafedrasının Baş müəllimi Aytən Əhmədova tərəfindən təqdim olunan dərs məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulub.
Dərsdə universitetin Azərbaycan dili kafedrasının,Təcrübə və karyera şöbəsinin əməkdaşları, həmçinin orta məktəbin fənn müəllimləri iştirak ediblər.
Aytən Əhmədova deyib ki, yeni təlim metodlarına əsasən tədris olunan dərsin əsas məqsədi Azərbaycan tarixi və ədəbiyyatı haqqında şagirdlərin mənimsədikləri bilikləri Azərbaycan dili fənninə inteqrasiya etmək, eləcə də mətndəki ideyanı ortaya çıxartmaqla sözlərin kök və şəkilçilərə ayrılmasını şagirdlərə öyrətməkdir.
9 Noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş dərs ümummilli lider Heydər Əliyevin Azərbaycan bayrağının dövlət atributu kimi əhəmiyyəti barəsində söylədiyi dəyərli fikri ilə yekunlaşıb.
Çıxışlarda Təcrübə və karyera şöbəsinin əməkdaşı, dosent Cabbar Qarayev, kafedra müdiri, professor Telman Quliyev, məktəbin direktor müavini Solmaz Qəmbərova və dəvət olunmuş digər mütəxəssislər universitet müəlliminin təqdim etdiyi dərsin interaktiv təlim metodikasına əsasən tədrsi edildiyini qeyd ediblər.