Gülarə Məlikovanın açıq dərsi

13 noyabr 2017-ci il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı  ixtisasının 1-ci kursunda dilçiliyə giriş fənnindən “ cümlə və onun xüsusiyyətləri” mövzusunda Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikovanın açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı, professor Mübariz Yusifov,   fakültə tədris metodik şurasının sədri, baş müəllim Nadir Kıbuşev, Azərbaycan dili kafedrasının müdiri, professor Telman Quliyev, fakültənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş dosent Üzeyir Əfəndiyev, Azərbaycan dili kafedrasının digər əməkdaşları iştirak etmişlər.