Yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apelyasiya Komissiyası, yaradılıb. Fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. Sessiyanı obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. Sessiyanın təşkil edilməsi və keçirilməsi üçün imtahan qrupu, eyni zamanda, imtahan qərargahı yaradılıb.
Qeyd edək ki, builki tədris ilində Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələrinin semestr imtahanları test, yazılı və şifahi qaydada aparılır. Yuxarı kursların tələbələri isə yazılı və elektron-test üsulu ilə imtahan verirlər. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. İmtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və qiymətlər tələbələrə elan olunur.