15 mart 2017-ci il tarixində Filologiya fakültəsi həmkarlar təşkilatının hesabat – seçki yığıncağı keçirilmişdir. Yığıncaqda Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova iştrak etmişdir. Yığıncaqda Filologiya fakültəsinin həmkarlar təşkilatının sədri baş müəllim Mehriban Məmmədova hesabat məruzəsiylə çıxış etmişdir. Məruzədə hesabat dövründə fakültədə görülmüş işlər barədə məlumat verilmişdir. Məruzə ətrafında fakültə dekanı professor Mübariz Yusifov, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, Azərbaycan dilinin tədrisi kafedrasının müdiri dosent Gülrux Hüseynova, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Xəlil Yusifli, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdir əvəzi dosent Afaq Yusifli, Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimi Nadir Kubışev çıxış edərək hesabat məruzəsini qənaətbəxş hesab etdilər. Gündəlikdə duran ikinci məsələyə görə fakültə həmkarlar təşkilatının yeni heyəti seçildi. Yeni heyətin qərarına əsasən Azərbaycan dili kafedrasının baş müəllimi Mehriban Məmmədova Filologiya fakültəsi həmkarlar təşkilatının sədri seçildi. İclasın sonunda Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək seçilmiş yeni heyətə və təşkilatın sədrinə gələcək işlərində uğurlar arzuladı.