Kateqoriya Arxivləri: Xəbərlər

Filologiya fakültəsinin 29 noyabr 2024-cü il tarixli Elmi Şurasının iclası

29 noyabr 2024-cü il tarixdə Filologiya fakültəsi Elmi Şurasının iclası oldu. İclasda 2024-25-ci tədris ilinin payız sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr, kurslar üzrə aylıq məlumatların verilməsi vəziyyəti , açıq dərslərin aparılması və müzakirəsi vəziyyəti , fakültə Tədris-Metodik Şurasının yaradılması müzakirə olundu.

Davamı

Filologiya fakültəsində Pedaqoji təcrübə ilə bağlı görüş keçirildi

26.11.2024-cü il tarixdə Təcrübə və karyera şöbəsinin müdiri dos.Cabbar Qarayev və Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda təhsil alan tələbələrlə görüş keçirdilər. Görüşdə tələbələrə pedaqoji təcrübə, onun keçiriləcəyi məktəblər və rəhbər müəllimlər haqqında məlumat verildi,tələbələrin sualları cavablandırıldı

Davamı

Azərbaycan də dünya ədəbiyyatı kafedrasının baş müəllimi f.f.d. Aydün Əhmədovanın açıq dərsi

26.11.2024-cü il tarixdə Azərbaycan də dünya ədəbiyyatı kafedrasının baş müəllimi f.f.d. Aydün Əhmədova Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında təhsil alan II kurs tələbələrinə Ölkə ədəbiyyatı tarixi-1 fənnindən “Xosrov və Şirin”in mövzu və təhlili” mövzusunda açıq dərs keçmişdir.

Davamı

Filologiya fakültəsinin müəllim və tələbələri “Füzuli-530” yubiley tədbirində

26.11.2024-cü il tarixdə Gəncə Dövlət Universitetində “Füzuli-530” adlı tədbir keçirildi. Tədbirdə müəllim və tələbələrimiz Füzulinin yaradıcılığı ilə bağlı çıxışlar etdilər, tələbələrin ifasında Məhəmməd Füzulinin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirildi,şeirlər söyləndi.Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim edildi.

Davamı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun açıq dərsi

21.11.2024-cü il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında Ən yeni Azərbaycan ədəbiyyatı seçmə fənnindən (IV kurs, I qrup) “İsmayıl Şıxlının həyatı və ədəbi-ictimai fəaliyyəti. İsa Hüseynovun həyatı və ədəbi yaradıcılığı” mövzusunda açıq dərs (seminar) keçdi. Vüsal İsgəndərov açıq dərs zamanı İsmayıl Şıxlının oğlu Elçin Şıxlı ilə […]

Davamı