Kateqoriya Arxivləri: Xəbərlər

Zəfər Gününə həsr olunmuş tədbir

Bu gün Filologiya və Xarici dillər fakültəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Zəfər Günü təntənə ilə qeyd edildi. 3 il əvvəl sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx […]

Davamı

Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin “Üslubiyyat və ritorika” fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının baş müəllimi  Naibə Məmmədzadə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda “Üslubiyyat və ritorika” fənnindən “Təktərkibli cümlələrin üslubi imkanları” mövzusunda  açıq dərs keçdi.Dərsin başlanğıcında müəllim cümlənin şəxsə görə növləri haqqında məlumat verdi, onların qrammatik xüsusiyyətlərini izah etdi. Sonra təktərkibli cümlələrin hər birinin üslubi xüsusiyyətlərini izah edərək nəzəri məlumatları bədii əsərlərdən seçilmiş […]

Davamı

Flologiya fakültəsində monitorinq keçirilmişdir

Flologiya fakültəsində tələbə və müəllimlərin dərsə davamiyyətinə, tədrisin  keyfiyyətinə, tədrisə dair sənədləşmənin aparılmasına nəzarət üzrə monitorinq keçirilmişdir. Monitorinq qrupunun üzvləri  dərs cədvəlinə uyğun  II-IV kursların  dərslərində  iştirak etmişlər. Monitorinq prosesində dərslərdə fənn müəllimlərinin həm nəzəri, həm də metodiki cəhətdən hazırlıqları, tələbələrin dərsə davamiyyətini, fənn müəllimlərinə aid sənədlər (jurnal,fənn proqramı, sillabus, mühazirə mətnləri, əyani vasitə) və […]

Davamı

Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın “Öyrənilən əsas dil-5 (Sintaksis)” fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənova Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda“Öyrənilən əsas dil-5 (Sintaksis)”  fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Cümlə üzvlərınin xüsusiləşməsi ” idi. Dərsin başlanğıcında müəllim xüsusiləşmələr haqqında məlumat verərək onların növlərini və yaradan səbəbləri izah etdi. Cümlə üzvlərinin hər birinin xüsusiləşməsinə aid misallar göstərdi.Yekunda isə statistik təhlil apararaq […]

Davamı

Dosent Gülarə Aqaid qızı Məlikovanın “Dil və səs yazısı. Leksikologiya” mövzusunda açıq dərsi

19.10.2023- cü il tarixdə Azərbaycan dili kafedrasının dosenti Gülarə Aqaid qızı Məlikovanın Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kursunda “Dilçiliyə giriş” fənnindən  “Dil və səs yazısı. Leksikologiya” mövzusunda açıq dərsi oldu. Müəllim açıq dərs prosesində  mövzunu geniş, ətraflı şəkildə izah etməklə yanaşı, dərsin səmərəliyini artıran slaydlardan istifadə etdi. Xüsusilə də, Azərbaycan  filmlərindən […]

Davamı

18 Oktyabr- Müstəqilliyimizin Bərpası Günü

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət […]

Davamı

“27 Sentyabr–Qürur və zəfər tariximiz “

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi, bizim milli qürurumuzu bizə qaytaran , başımızı ucan edən şəhidlərimzin xatirəsi yad edildi. Tədbirdə GDU-nun  humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov və Xarici dillər fakültəsinin dekanı dos.Əjdər Əsgərov çıxış edərək 44 gündə ordumuzun […]

Davamı

Müəllim və tələbələrimiz Sülh Günü ilə bağlı tədbirdə

Bu gün Gəncə Dövlət Universitetində Sülh Günü münasibətilə tədbir keçirildi.  Tədbirdə çıxış edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun “Azərbaycan ədəbiyyatında sülh mövzusu” adlı çıxışı maraqla dinlənildi, Filologiya fakültəsinin tələbələrindən Nigar Məmmədova “Dünyamıza   sülh   gərəkdir”, Aysu Cəfərova “Sülh bəşəriyyətin   qurtuluşudur” başlıqlı çıxışlarında  qeyd etdilər ki, bu gün müasir dünyamızda ən çox ehtiyac duyduğumuz, […]

Davamı

Tələbə adınız mübarək!

15 sentyabr tarixində Gəncə Dövlət Universiteti Filologiya fakültəsində I kurslarla görüş keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov,  tədris işləri üzrə dekan müavini f.f.d.Mehriban Məmmədova, humanitar işlər üzrə dekan müavini f.f.d. Mətanət Mahmudova və tütor  Elqanə Qocayeva iştirak edirdilər. Zakir Ələsgərov tələbələri  15 Sentyabr Bilik Günü və tələbə  adı qazanmaları  münasibətilə təbrik edərək uğurlar […]

Davamı

Filologiya fakültəsi Elmi Şurasının 14 sentyabr 2023-cü il tarixli iclası

14 sentyabr  2023-cü il tarixdə saat 1200 – da Filologiya fakültəsi Elmi Şurasının iclası  oldu.Elmi Şurada  2022/2023-cü dərs ilinin yekunları və 2023/2024-cü tədris ilində qarşıda duran vəzifələr, fakültənin 2022-2023-ci dərs ilinə aid hesabatının təsdiqi , ixtisas kafedralarının dərs yük­lərinin təsdiqi müzakirə olundu.

Davamı