Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi, bizim milli qürurumuzu bizə qaytaran , başımızı ucan edən şəhidlərimzin xatirəsi yad edildi.
Tədbirdə GDU-nun humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov və Xarici dillər fakültəsinin dekanı dos.Əjdər Əsgərov çıxış edərək 44 gündə ordumuzun keçdiyi zəfər yolundan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın və bütövlükdə xalqımızın əzm və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməsindən söz açdılar. Daha sonra tələbələrin ifasında vətənpərliyə aid şeirlər və mahnılar səsləndirildi.
Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin, QAZİLƏRİMİZƏ can sağlığı versin!